RU

Güləşçilərimiz aktiv olduğu halda hakim fərqli qərarlar verdi AGF dən AÇIQLAMA

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə beynəlxalq yarışlarda idmançılarımıza qarşı ədalətsizliklərdən danışıb. O bildirib ki, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat katibi Sərxan Musayev bildirdi ki, Azərbaycan güləşi son 5 ildə Avropada dominantlıq edir.

"2022-ci ildən bu yana Yunan-Roma güləşi üzrə milli 3 dəfə Avropa və 2 dəfə dünya çempionu olub. Bu müddət ərzində isə sərbəst güləş komandamız 4 dəfə Avropa çempionu olmağı bacarıb. 2022 və 2025-ci illərdə olduğu kimi, 2026-cı ildə də bir yarışda hər 2 komandamız çempiondur. Necə deyərlər, qızıl dubl etdik. Sübut etdik ki, Azərbaycan güləşdə Avropanın ən güclüləri sırasındadır. Hətta bir çox göstəricilərdə əsas rəqiblərimizi üstələyirik".

Müsahibimiz əlavə etdi ki, Azərbaycan idmançıları müxtəlif növlərdə və müxtəlif yarışlarda dəfələrlə hakim ədalətsizliyi ilə üzləşib:

"Güləş üzrə Avropa çempionatında müəyyən qərarlar oldu ki, mübahisəli qiymətləndirə bilərik. Yunan-Roma güləşində bəzi güləşçilərimiz aktiv olduğu halda hakim fərqli qərarlar verdi. Bəzi xalların qiymətləndirilməsi sual yaratdı. Sərbəst güləşdə isə 86 kq-da final görüşündə sonuncu dəqiqədə passiv güləşən Rusiya idmançısına xəbərdarlıq edilə bilərdi. Bu da bəzi ədalətsiz qərarlardan biri oldu".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
redaktor.az

2Источники