RU

Mayın 1-dən dəfn üçün birdəfəlik müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq

2026-cı il mayın 1-dən etibarən dəfn üçün birdəfəlik müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq. Bu qərara əsasən, ölüm dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfn xərclərini çəkmiş şəxs barədə məlumatlar əsasında müavinət avtomatik müəyyən ediləcək.

Mayın 1-dən əvvəl vəfat etmiş şəxslər üzrə müavinət isə sığortaedənin müraciəti əsasında ödəniləcək. Müraciət üçün xüsusi müddət nəzərdə tutulmur və müavinət vəfat edən zaman qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq ödəniləcək.

Bu kateqoriyalardan olan şəxslər vəfat etdikdə onların dəfn xərclərini çəkmiş şəxslərə birdəfəlik müavinət ödənilir: “Sosial müavinət haqqında” Qanuna əsasən dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alanlar, “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən işsizlikdən sığorta ödənişi alanlar, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyası alanlar və “Sosial sığorta haqqında” Qanuna əsasən sığorta olunan şəxslər. 

Sığorta olunanlara və əmək pensiyaçılarına müavinət məcburi dövlət sosial sığorta haqqı hesabına, digər şəxslərə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Əgər vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısıdırsa, müavinətin məbləği daha yüksək olan variant ödəniləcək.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
42
3
azerbaijan-news.az

10Источники