RU

Avropa nə qədər yanacaq ehtiyatına malikdir?

Avropa İttifaqı (Aİ) enerji böhranı ilə üz-üzə qaldığı bir vaxtda ciddi bir problemlə qarşılaşıb. Belə ki, qitədə mövcud olan yanacaq ehtiyatlarının dəqiq həcmi məlum deyil. Yaxın Şərqdəki proseslərin riskləri və Hörmüz boğazında mümkün təchizat kəsintiləri səbəbindən bu qeyri-müəyyənlik daha da narahatedici xarakter alır.

“Politico”nun yaydığı məlumata görə, son hadisələr nəticəsində enerji qiymətləri kəskin artıb və Aİ üçün əlavə xərclərin gündə təxminən 500 milyon avroya çatdığı bildirilir. Aviaşirkətlər uçuşları azaldır, hökumətlər isə vətəndaşları daha az səyahət etməyə çağırır. Lakin ən böyük problem tədarükün nə qədər davam edəcəyini proqnozlaşdırmağın çətinliyidir.

Rəsmilər etiraf edir ki, dövlət ehtiyatları barədə məlumatlar nisbətən şəffaf olsa da, real vəziyyət tam aydın deyil. Xüsusilə dizel, benzin və reaktiv yanacaq kimi emal olunmuş məhsulların böyük hissəsi özəl şirkətlərin əlindədir. Özəl sektorun məlumat paylaşmaq istəməməsi isə vəziyyəti daha da çətinləşdirir. Nəticədə, Avropa enerji baxımından kritik bir mərhələdədir, ehtiyatların nə qədər olduğu tam bilinmir, amma risklər sürətlə artır. Bu isə gələcək aylarda daha ciddi qərarların qəbul olunmasını qaçılmaz edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Избранный
46
50
azerbaijan-news.az

10Источники