RU

Qəhvə içdikdən sonra yatmaq nə olar?

Gün ərzində yaranan yorğunluğu aradan qaldırmaq üçün son vaxtlar “qəhvə yuxusu” kimi tanınan üsul geniş müzakirə olunur. Bu metod qısa müddətli yuxu ilə kofeinin təsirini birləşdirərək diqqət və enerji səviyyəsini artırmağı hədəfləyir.Metbuat.az xəbər verir ki, araşdırmalara görə, qəhvə içdikdən dərhal sonra 10-15 dəqiqəlik qısa yuxu diqqət və performansı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Mütəxəssislər bildirir ki, kofeinin təsiri təxminən 20-30 dəqiqə sonra hiss olunmağa başlayır. Bu müddətdə edilən qısa yuxu orqanizmi dincəldir, oyanışdan sonra isə kofeinin stimullaşdırıcı təsiri ilə birlikdə daha yüksək ayıqlıq yaranır. Elmi tədqiqatlar da bu yanaşmanı təsdiqləyir. Belə ki, 1997-ci ildə aparılan araşdırmada qəhvə içdikdən sonra qısa müddət yatan şəxslərin, yalnız qəhvə qəbul edənlərlə müqayisədə daha yaxşı nəticə göstərdiyi müəyyən olunub.

Bununla belə, mütəxəssislər qeyd edir ki, “qəhvə yuxusu” yalnız qısamüddətli effekt verir və uzunmüddətli həll yolu hesab olunmur. Onların fikrincə, diqqət və məhsuldarlığı qorumağın ən effektiv yolu müntəzəm və keyfiyyətli yuxudur.

Избранный
42
1
metbuat.az

2Источники