RU

Bakıda evinin kvadratı az olan vətəndaşlara SEVİNDİRİCİ XƏBƏR

"Bakıda sökülən evlərə verilən kompensasiyalarla bağlı təklif edirik ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq olunsun".

Bunu BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Onun sözərinə görə, sahəsi 30 kvadratmetrə qədər olan evlər üçün kompensasiya hesablanarkən xüsusi əmsallar tətbiq edilməsi və ya həmin vətəndaşlara alternativ olaraq yeni mənzillərin təqdim olunması məqsədəuyğun hesab olunur:

"Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir. Bu səbəbdən əlavə əmsalların tətbiqi həmin vətəndaşların ödənilən vəsait hesabına mənzillə təmin olunmasına daha real imkan yarada bilər".

Orxan Hüseyn

Избранный
7
1
far.az

2Источники