RU

Şabranda ağac aşıb, Gəndob Yalama yolu bir müddət bağlı qalıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Şabran, 30 aprel, AZƏRTAC

Gəndob-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində böyük qovaq ağacı yolun hərəkət hissəsinə aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə aprelin 30-u axşam saatlarında baş verib.

Böyük diametrli ağacın Ağalıq kəndi ərazisində yola aşması nəticəsində Gəndov -Yalama yolunda avtomobillərin hərəkəti təxminən bir saat müddətində məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Qovaq ağacı kəsilərək, traktor vasitəsilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub.

Müxbir - Elxan Yusifli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
83
2
azertag.az

5Источники