RU

Avropa -NATO üzv ölkələri Ukraynada "qarışıqlıq yaradıb" - Tramp

Avropa NATO üzv ölkələri Ukraynada "qarışıqlıq yaradıb".

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu mövqeyi Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, Şimali Atlantika Alyansının Avropa üzvlərini İrana qarşı Amerika hərbi əməliyyatına dəstək vermədiklərinə görə tənqid edib.

"Biz onlara Ukrayna məsələsində kömək etdik. Onlar Ukraynada qarışıqlıq, tam bir qarışıqlıq yaratdılar", - deyə Amerika lideri bildirib. "Ukraynanın ABŞ ilə heç bir əlaqəsi yoxdur; bizi bir okean ayırır. Amma bu, onları narahat edir", - deyə ABŞ prezidenti əlavə edib.

ABŞ lideri qeyd edib ki, sələfi Co Bayden Ukraynaya 350 milyard dollar verib". "Bu, dəlilikdir. Münaqişənin davam etməsinin səbəblərindən biri də budur", - deyə Amerika prezidenti vurğulayıb.

Избранный
45
49
ucnoqta.az

10Источники