RU

Moskvada buriyat qadına öz dilində danışdığı üçün hücum edilib

Avtobusda ana dilində danışdığı üçün sərnişinə qarşı zorakılıq və təhqir iddiası ortaya çıxıb...

Poliqon xəbər verir ki, Rusiya paytaxtı Moskva şəhərində avtobusda baş verən insident zamanı buriyat əsilli qadına ana dilində telefonla danışdığı üçün hücum edilib.

Hadisənin zərərçəkəni Natalya Sundupovanın sözlərinə görə, o, avtobusda olarkən buriyat dilində telefon danışığı aparıb. Bundan sonra iki qadın sərnişin onunla mübahisə etməyə başlayıb və ona qarşı iradlar səsləndirib.

Sundupova iddia edir ki, sərnişinlərdən biri onun üzünə zərbə endirib və hadisə zamanı milli zəmində təhqirlərə yol verilib. Onun sözlərinə görə, mübahisə daha sonra gərginləşərək fiziki qarşıdurma həddinə çatıb.

Zərərçəkən bildirib ki, Rusiya vətəndaşı olduğunu desə də, münaqişə davam edib və digər sərnişin də davaya qoşulmağa cəhd göstərib. O, daha sonra polisə müraciət edib və hadisə barədə rəsmi ərizə verilib, insident qeydə alınıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Poliqon.info

Избранный
61
poliqon.info

1Источники