RU

“Neftçi” 5 il sonra... VİDEO

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində təxirə salınmış “Neftçi” – “Qarabağ” matçı baş tutub.

Sportinfo.az xəbər verir ki, “Palms Sport Arena”da keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi oyunda hesabı 55-ci dəqiqədə “ağ-qaralar”ın üzvü Emil Səfərov açıb.

85-ci dəqiqədə isə Elvin Bədəlovun avtoqolu hesabı bərabərləşdirib. 90+2-ci dəqiqədə isə Bassala Sambu paytaxt klubunun qələbə qolunun müəllifi olub.

Bu nəticədən sonra Yuri Vernidubun komandası 47 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Qurban Qurbanovun kollektivi isə 59 xalla 2-ci yerdədir.

“Neftçi” – “Qarabağ” 2:1

Избранный
36
49
sportinfo.az

10Источники