RU

KL: Arda Turanlı "Şaxtyor" İngiltərə klubuna məğlub oldu

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, yarımfinalın hər iki oyunu eyni vaxtda başlayıb.

Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" "Kristal Pelas"ı məlum səbəbdən ev oyunlarını keçirdiyi Polşanın Krakov şəhərində qəbul edib. Nominal qonaqlar matçda inamlı qələbəyə seviniblər.

İspaniyada isə "Rayo Valekano" ilə "Strasburq" üz-üzə gəliblər. İspanlar ilk matçda qələbə qazanmağı bacarıblar.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 7-də keçiriləcək.

UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel

"Rayo Valyekano" (İspaniya) – "Strasburq" (Fransa) 1:0

"Şaxtyor Donetsk" (Ukrayna) – "Kristal Pelas" (İngiltərə) 1:3

Избранный
30
fanat.az

1Источники