British Geological Survey məlumatına görə, aprelin sonunda Yerə G1-G2 səviyyəli maqnit qasırğası təsir edəcək.
Day.Az xəbər verir ki, bu proses Günəşdə yaranan koronal dəlik səbəbindən günəş küləyinin sürətlənməsi ilə bağlıdır.
Alimlər bildirir ki, aprelin 30-da zəif (G1) qasırğa başlayacaq və mayın 1-də onun G2 - orta səviyyəyə qədər güclənməsi mümkündür. Həmçinin 26 apreldə baş vermiş koronal kütlə atılmasının Yerə çatıb-çatmayacağı hələ dəqiq deyil.
G2 səviyyəli maqnit qasırğaları bəzi insanlarda baş ağrısı, yorğunluq və təzyiq dəyişmələrinə səbəb ola bilər. Mütəxəssislər bu günlərdə daha çox istirahət etməyi, bol su içməyi və fiziki-psixoloji yüklənmədən qaçmağı tövsiyə edir.