RU

“İtaliyaya gedir” deyib sərnişin gəmisinə mindirdi – İstanbulda 6 min avroluq dələduzluq

İstanbulda 3 Əfqanıstan vətəndaşı Avropaya aparılmaq adı ilə aldadılıb.

"Ölkə.az" xəbər verir ki, iddiaya görə, bir nəfər həmin şəxslərdən ümumilikdə 6 min avro alıb. O, miqrantlara İtaliyaya gedəcəklərini bildirib.

Daha sonra onları Eminönü–Adalar xətti üzrə hərəkət edən şəhərdaxili sərnişin gəmisinə mindirib. Şəxs miqrantlara gəminin İtaliyaya getdiyini bildirib. 

Hadisə qısa müddətdə sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.(musavat.com)

Избранный
22
2
olke.az

3Источники