RU

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında "Azerbaijan Airlines" (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.

"Far.Az" TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

"Hazırda "Azerbaijan Airlines" aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq işini davam etdirir", - nazirlikdən Rusiya və Azərbaycanın xarici siyasət idarələrinin bəyanatından sonra istintaqın davam etdirilməsinin və ya dayandırılmasının planlaşdırılıb-planlaşdırılmadığı sualına cavabında bildirilib.

Избранный
45
17
far.az

10Источники