RU

İran millisinin ABŞ-də dünya çempionatında iştirakı təstiqləndi

"İran milli komandası ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak edəcək".

Missiya.Az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino məlumat verib.

"Əlbəttə, İran millisi ABŞ-də oynayacaq. Səbəb çox sadədir. Biz birləşməli və insanlar arasında təmas qurmalıyıq. FIFA dünyanı birləşdirir. Biz hər zaman pozitiv əhval-ruhiyyəni yadda saxlamalıyıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, İran millisi DÇ-2026-nın qrup mərhələsindəki bütün oyunlarını (Yeni Zelandiya, Belçika və Misirə qarşı) ABŞ ərazisində keçirməlidir. Turnir iyunun 11-dən iyulun 19-dək davam edəcək.

Daşqın HəsənovMissiya.Az

Избранный
40
missiya.az

1Источники