RU

Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə mayın 1-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməclik işləri aparılacaq.

Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Günəşli qəsəbəsində yerləşən AB yaşayış massivi Abbas Fətullayev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İməclik işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
59
29
moderator.az

10Источники