
İranın yüksək vəzifəli rəsmiləri xarici işlər naziri Abbas Əraqçını ABŞ ilə danışıqlarda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının mövqeyi ilə həddindən artıq uyğunluqda ittiham edərək onu vəzifəsindən kənarlaşdırmağa çalışırlar.
Missiya.Az xəbər verir ki, bu barədə "Iran International" nəşri məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkian və Parlamentin sədri Məhəmməd Bağır Qalibafın Əraqçını onları kənara çəkməkdə və hökuməti təmsil edən nazir kimi deyil, SEPAH komandanı Əhməd Vahidinin köməkçisi kimi çıxış etməkdə ittiham etdikləri bildirilir.
Məlumata görə, Pezeşkian öz əməkdaşlarına bu davam edərsə, Əraqçını işdən çıxaracağını deyib.
Daşqın HəsənovMissiya.Az