RU

Tuapse yenidən alovlar içində - Putin Trampdan xahiş etmişdi...

Ukrayna yenidən Rusiyanın əsas neft ixrac limanlarından biri olan Tuapseyə dron zərbələri endirib.

Musavat.com Krasnodar rəhbərliyinin məlumatına istinadən xəbər verir ki, Tuapsedəki dəniz terminalına zərbələr yenidən yanğına səbəb olub: "Tuapsedə Kiyev rejiminə məxsus dron hücumu nəticəsində dəniz terminalında yanğın baş verib".

Qeyd olunur ki, heç kim xəsarət almayıb. Yanğının söndürülməsi üçün 128 nəfər və 41 texnika cəlb edilib.

Xatırladaq ki, aprel ayında Tuapse limanı və neft infrastrukturu da daxil olmaqla bir neçə dəfə ağır dron hücumlarına məruz qalıb. 16 apreldəki hücumlardan sonra neft dağılması, 28 aprel gecəsi neft emalı zavodunda yanğın baş verib. Tuapse rayonunda regional fövqəladə vəziyyət elan edilib. Açıq alov 29 apreldə söndürülüb.

Qeyd edək ki, iki gün əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa zəng vurub. Qərb mənbələrinin məlumatına görə, telefon danışığı zamanı o, Ukraynanın enerji infrastrukturuna zərbələrinin qlobal neft qiymətlərini artırdığını bildirməklə Trampdan onların dayandırılması üçün Kiyevə təzyiq etməsini istəyib. Ukraynanın Tuapseyə təkrar hücumu Trampın bu xahişi ciddiyə almadığından xəbər verə bilər.

 

Musavat.com

Избранный
49
50
musavat.com

10Источники