"Qalatasaray"ın futbolçusu Qabriel Sara karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə "Aston Villa" yaxından maraqlanır.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, "sarı-qırmızılılar" 26 yaşlı oyunçu üçün Premyer Liqa klubundan 40 milyon avro tələb edir.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Sara bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 6 qol və 5 assistlə yadda qalıb. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir.
Havertz Almaniya yolunda: "BAVARİYA" İSTƏYİR
Kukuryella "Barselona"ya qayıdır: "ÇELSİ"DƏ İŞLƏR YOLUNDA GETMİR
“Fənər”in üzvü futboldan uzaqlaşdırıldı - Mərc oyunlarına görə
"Arsenal"ın Qnabri planı
İtaliyalı qolkiper vətəninə qayıdır - "İnter"lə anlaşdı