RU

Hakim: Borc mübahisələrində sübutetmə hər iki tərəfin vəzifəsidir

Azərbaycanda borc müqavilələrindən yaranan məhkəmə mübahisələrində sübutetmə məsələlərinə aydınlıq gətirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadovanın sözlərinə görə, borc müqavilələrindən irəli gələn məhkəmə mübahisələrində sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsi tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir:”Prosessual qanunvericiliyə əsasən, hər bir tərəf öz tələbinin və ya etirazının əsasını sübut etməlidir. Bu o deməkdir ki, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verdiyini sübut etməli, cavabdeh isə həmin borcun tam və ya qismən qaytarıldığını təsdiq etməlidir”.

Qeyd olunub ki, belə mübahisələrdə sübutetmə prosesini asanlaşdırmaq üçün tərəflərin borc münasibətlərinə daxil olarkən mütləq qaydada yazılı sənədləşmə aparmaları tövsiyə edilir. Əks halda, şifahi razılaşmalar əsasında baş verən halların məhkəmədə sübut olunması xeyli çətinləşir.

Hakim, həmçinin müqavilələrin hüquqi mahiyyətinə toxunub. Bildirilib ki, konsensual müqavilələr tərəflərin razılığı ilə bağlanmış sayılır və əlavə olaraq faktiki icra tələb edilmir. Buna nümunə olaraq alqı-satqı müqavilələri göstərilir. Borc müqaviləsi isə real müqavilədir. Yəni belə müqavilənin bağlanmış hesab olunması üçün yalnız razılıq kifayət etmir, borcun predmetinin — pul vəsaitinin və ya digər əvəz edilə bilən əşyanın faktiki verilməsi zəruridir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc predmetinə sərəncam hüququ əldə etdiyi gün borcun verildiyi gün hesab olunur. Bu norma borc müqaviləsinin real xarakter daşıdığını bir daha təsdiq edir.

Избранный
26
12
azerbaijan-news.az

10Источники