Sosial şəbəkələrdə dövlət bayrağımıza hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.
Publika.az xəbər verir ki, aprelin 29-da çəkilən görüntülərdə həmin şəxsi görən vətəndaşlar ona irad tutublar.
Vətəndaşlar bayrağa nalayiq münasibət göstərən şəxsə irad bildirəndən sonra həmin gənc bayrağı öpərək üzrxahlığını bildirib.
Əldə etdiyimiz məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.