RU

Kanadalı ekspert: Gənclər postkolonial reallıqların formalaşmasında fəal rol oynayır  

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş beynəlxalq forum gənclərin qlobal proseslərdə artan rolunun müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Kanadanın “Panth Punjab” layihəsinin sədri Akashdeep Singh Chahai Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” adlı beynəlxalq Gənclər Forumunda deyib.

O, əvvəlcə forumun təşkilinə görə Bakı Təşəbbüs Qrupuna və qurumun icraçı direktoru Abbas Abbasova təşəkkürünü bildirib.

A.S.Chahai qeyd edib ki, bu platformanın əsas əhəmiyyəti gənclərin yalnız gələcəyin liderləri deyil, eyni zamanda, postkolonial reallıqların formalaşdırılmasında fəal iştirakçılar kimi çıxış etməsindədir. Gənclər artıq müxtəlif regionlarda öz müqəddəratını təyinetmə, ədalət və dekolonizasiya ilə bağlı yeni yanaşmalar irəli sürürlər.

O vurğulayıb ki, mövcud dövlət strukturlarının bir çoxu tarixi kolonial proseslərin nəticəsi olaraq formalaşıb və bu sistemlər həmişə bütün xalqların tarixi kimliyini əks etdirmir: “Tarixi sərhədlər müəyyən edilib, müxtəlif xalqlar vahid idarəetmə strukturları altında birləşdirilib və bu, hər zaman həmin xalqların iradəsinə uyğun olmayıb”.

A.S.Chahai bildirib ki, bu kontekstdə gənclərin gücləndirilməsi yalnız mövcud sistemlər daxilində iştirakla məhdudlaşmamalıdır. Bu, həm də xalqların öz ənənəvi idarəetmə modellərinə, suverenlik anlayışına və tarixi dəyərlərinə əsaslanaraq gələcək inkişaf yollarını müəyyənləşdirməsini əhatə etməlidir. Xüsusilə gənclər bu istiqamətdə mühüm rol oynayırlar. Onlar yalnız mövcud müzakirələrdə iştirak etməklə kifayətlənməməli, həm də yeni ideyalar irəli sürərək müxtəlif postkolonial cəmiyyətlər arasında əlaqələri gücləndirməli və daha ədalətli, inklüziv gələcəyin formalaşmasına töhfə verməlidirlər.

“Postkolonial gələcək hazır formada mövcud deyil, bu gələcək məhz bu gün aparılan müzakirələr və birgə təşəbbüslər vasitəsilə formalaşdırılır”, - deyən A.S.Chahai Forum çərçivəsində aparılacaq müzakirələrin məhsuldar olacağına inamını ifadə edib.

Избранный
19
2
azerbaijan-news.az

3Источники