Misli Premyer Liqasının 30-cu turunda "İmişli"ni qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı məlumdur.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib:
"Cəzalı futbolçumuz yoxdur. Əvəzində Vanderson Melo zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək".
Qeyd edək ki, Sumqayıtdakı "SOCAR Polimer Arena"da baş tutacaq "Araz-Naxçıvan" - "İmişli" qarşılaşması 2 mayda keçiriləcək və start fiti 18:30-da səsləndiriləcək. "Qırmızı-ağlar" MPL-in turnir cədvəlində 40 xalla 6-cı, 29 xala malik "İmişli" isə 9-cu pillədədir.
Mirağa