RU

Medvedev səfərbərlikdən danışdı

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "Znaniye. Pervıye" təhsil marafonunda etdiyi çıxışda 2026-cı ilin əvvəlindən bəri Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün 127 min nəfərin müqavilə imzaladığını elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Medvedev bu sayın tərkibində həm qadın, həm də kişi heyətinin olduğunu bildirib.

O, həmçinin eyni dövrdə daha 10 min nəfərin könüllü olaraq orduya qatıldığını əlavə edib. Medvedev 2025-ci ildə Müdafiə Nazirliyi ilə müqavilə imzalayanların sayının təxminən 450 min olduğunu xatırladıb. Dekabr ayının əvvəli etibarilə isə 30 min nəfərin könüllü birliklərə qeydiyyatdan keçdiyini söyləyib.

Mart ayının sonunda yenidən açıqlama verən Medvedev həmin tarixdə 80 min nəfərin müqavilə imzaladığını bildirmişdi. O, eyni çıxışında Rusiyada yeni bir səfərbərlik dalğasının olacağı ilə bağlı iddiaları qətiyyətlə rədd etmişdi.

Избранный
4
cebheinfo.az

1Источники