RU

Gömrük Məcəlləsinə dəyişikliklərin məqsədi açıqlanıb

Gömrük Məcəllənə dəyişikliklərin əsas hədəfi biznesə dəstək göstərməkdir.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.

Şahin Bağırov bildirib ki, müxtəlif proseduralarda ölkəmizə idxal edilən və müxtəlif gömrük zonalarında saxlanılan yüklər üzərində müəyyən əməliyyatlar həyata keçirilməsi zərurəti yaranır:

“Mövcud Gömrük Məcəlləsində gömrük auditinin aparılması təsbit olunub, yeni layihədə isə səyyar yoxlama və kameral yoxlama ayrılır. Səyyar yoxlamaların aparılması Vergi Xidməti ilə bərabər, eyni vaxtda keçiriləcək. Layihənin məqsədi dövlət başçısı tərəfindən gömrük orqanlarına qoyulan tapşırıqların yerinə yetirilməsi ilə bağlıdır”.

XXX

Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən yeni – 220.3-cü maddədə əksini tapıb.

Layihəyə əsasən, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

XXX

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilir, yaxud onlardan dövlətin xeyrinə imtina olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

İş elanları AzVak.az-da

© APA

Избранный
4
27
marja.az

10Источники