RU

Bədii Gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi

Bakıda Bədii Gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələrin Dövlət bayraqları arenanın mərkəzinə gətirilib.

Gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov çıxışında ölkədə idmanın sürətlə inkişaf etdiyini söyləyib və Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı seçildiyini, paytaxt şəhərin artıq bir neçə dəfə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi etdiyini xatırladıb.

Sonra Avropa Kuboku açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış mərasimi bədii hissə ilə davam edib. Bədii gimnastlar tərəfindən musiqi sədaları altında rəqs şousu nümayiş olunub.

Qeyd edək ki, bu gün start götürən yarışda 31 ölkədən ümumilikdə 194 idmançı medallar uğrunda mübarizə aparır. Onlardan 137-si böyüklər, 57-si isə gənclər kateqoriyasında çıxış edir. Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar.

Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.

***

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk günü başa çatıb.

Milli Gimnastika Arenasında keçirilən turnirdə gənclər kateqoriyasında dörd proqramda ilk mükafatçılar bəlli olub.

Halqalarda Kseniya Savinova (AİN) qızıl, Patrisiya Stançiu (Rumıniya) gümüş, Sofiya Kulikova (Ukrayna) bürünc medal qazanıb.

Topla hərəkətlərin icrasında Kseniya Savinova (AİN) 1-ci, Aleksandra Petrova (Bolqarıstan) 2-ci, Sabina Kagirova (Özbəkistan) 3-cü yeri tutub.

Gürz proqramında Nita Jamagidze (Gürcüstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İana Zaikina (AİN) gümüş, Sofia Krainska (Ukrayna) bürünc mükafata sahib çıxıb. Lentlərdə isə İana Zaikina (AİN) 1-ci, Dea Emilova (Bolqarıstan) 2-ci, Alis Rozenberq (İsrail) 3-cü olub.

XQ

Избранный
9
6
xalqqazeti.az

10Источники