RU

"Qiymət sənədləri olmadan malın o cür satılması qadağandır" - AÇIQLAMA

Bəzi marketlərdə alış-veriş edənlərin tez-tez qarşılaşdığı bir problem var. Hər hansı məhsul endirimə düşdükdə, endirim müddəti bitməmiş həmin endirim kağızları yığışdırılır. Hazırda da bəzi məhsullar mayın 6-na qədər endirimdə olsa da, dünəndən etibarən həmin məhsulların üzərindəki endirim kağızları götürülüb. Hətta məhsulların normal qiyməti belə göstərilmir. Yəni məhsulun nə endirimli, nə də endirimsiz qiyməti görünür. Kassada isə məhsullar endirimli qiymətlə hesablanır. Amma bunu hər kəs bilmədiyi üçün alıcılar arasında narahatlıq yaranır. 

Bu hal qanuna uyğundur? 

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, bütün malların üzərində maddi məsul şəxsin imzası olan rəsmi qiymət sənədləri olmalıdır:

"Qiymət sənədləri olmadan malın o cür satılması qadağandır. Əslində bu barədə istehlakçı dövlət orqanına məlumat versə, onları cərimə gözləyər. Bu, istehlakçı hüquqlarının pozulmasıdır. Gərək vətəndaşlar Prezident yanında Antiinhisar və Bazara Nəzarət Dövlət Agentliyinin 012 599 76 00 telefonu ilə məlumat versinlər. Belə hallar yolverilməzdir".

Aytəkin TOFİQQIZI

Избранный
22
redaktor.az

1Источники