Luka Modriç bir müddət futboldan kənarda qalacaq.
"Football-plus.az" xəbər verir ki, "Milan”ın yarımmüdafiəçisi zədələnib.
Təcrübəli futbolçu yanaq sümüyünün sınması səbəbindən mövsümün qalan hissəsini buraxacaq. Xorvatiyalı bu zədəni A seriyasında bazar günü “Yuventus”la keçirilən matçda (0:0) alıb. O, hava mübarizəsində Manuel Lokatelli ilə baş-başa toqquşaraq xəsarət alıb. Modriçə tibbi yardım göstərilib və o, 80-ci dəqiqədə meydanı tərk etməli olub.
Qeyd edək ki, zədəyə baxmayaraq, Likanın bu il keçiriləcək dünya çempionatında Xorvatiya yığmasının heyətində olacağı gözlənilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта