RU

Ağdamda Baxşeyiş Paşayevin 90 illik yubileyi qeyd edildi - FOTOLAR

Bu gün Ağdam Muğam Mərkəzində Azərbaycanın Milli Qərəmanı Baxşeyiş Paşayevin 90 illik yubileyi qeyd edilib.

"Unikal" xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə Milli Qəhrəmanın döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Baxşeyiş Paşayevin Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparmasından, xalqımızın azadlığını hər şeydən uca tutmasından, bu yolda həyatını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalmasından bəhs etmişlər. Sonda Milli Qəhrəmanın ailə üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdən sonra şəhidin məzarı ziyarət olunub.

 

Избранный
21
50
unikal.az

10Источники