Ajans.az xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, o, məktubu 2019-cu ilin iyulunda, Epşteyn huşsuz vəziyyətdə tapıldıqdan sonra aşkar edib. Bu hadisədən sonra Epşteyn həbsxananın digər hissəsinə köçürülüb və intihar riski səbəbindən nəzarət altına alınıb. Tartalyon qeyd edib ki, yazı bir qrafik romanın (komiksin) içində gizlədilibmiş."Mən kitabı oxumaq üçün açdım və məktub orada idi",- o bildirib. O, həmçinin dəqiqləşdirib ki, bu, qeyd dəftərindən qopardılmış sarı vərəqə olub. Tartalyonun iddiasına görə, Epşteyn qeyddə müstəntiqlərin aylarla davam edən işinə rəğmən"heç nə tapmadıqlarını"vurğulayıb. "Məndən nə etməyimi istəyirsiniz, hönkür-hönkür ağlayım? Vidalaşmaq vaxtıdır",- o, məktubun məzmunundan sitat gətirib.