RU

"Görünməz" təyyarələr yerdə vuruldu — Ukrayna ordusu Rusiyanın hərbi elitasını hədəf aldı!

Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Rusiya ərazisinin dərinliklərində, cəbhə xəttindən təxminən 1700 kilometr məsafədə yerləşən Çelyabinsk vilayətindəki "Şaqol" hərbi aerodromuna sarsıdıcı zərbə endirib.

Musavat.com xəbər verir ki, Ukrayna Baş Qərargahının rəsmi məlumatına görə, aprelin 25-də həyata keçirilən xüsusi əməliyyat nəticəsində Rusiyanın ən müasir beşinci nəsil qırıcısı olan bir neçə "Su-57" və "Su-34" bombardmançı təyyarəsi vurulub.

Məlumatda bildirilir ki, zərbələr nəticəsində təyyarələrə ciddi ziyan dəyib, hazırda itkilərin dəqiq miqyası və təyyarələrin bərpasının mümkünlüyü araşdırılır.

"Şaqol" aerodromu Rusiya Hərbi Hava Qüvvələrinin 21-ci aviasiya diviziyasının əsas bazalarından biri hesab olunur və burada Ukraynaya qarşı intensiv hücumlarda istifadə edilən strateji təyyarələr yerləşdirilir. Ekspertlər qeyd edirlər ki, "Su-57" kimi bahalı və texnoloji baxımdan mürəkkəb təyyarələrin hətta aerodromda zədələnməsi Rusiya hərbi sənayesi üçün böyük rüsvayçılıqdır.

Bu hücum Ukrayna PUA-larının rekord məsafəni qət edərək hədəfə çatması ilə də yadda qalıb.

Rusiya Müdafiə Nazirliyi hələlik hadisə ilə bağlı rəsmi şərh verməsə də, yerli mənbələr aerodrom ərazisində güclü partlayışların baş verdiyini təsdiqləyirlər. Ukrayna tərəfi isə bəyan edib ki, Rusiyanın hərbi aviasiya komponentini zəiflətmək üçün bu cür dəqiq zərbələr davam etdiriləcək. Hazırda peyk görüntüləri vasitəsilə dağıntıların miqyası dəqiqləşdirilir.

Musavat.com

Избранный
33
50
musavat.com

10Источники