RU

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Azərbaycan təmsilçiləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasını 9 medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman mərkəzində təşkil olunan yarışın son günündə daha 4 avarçəkənimiz fəxri kürsüyə qalxıb.

Azərbaycan idmançıları yarışın ilk günündə 1, ikinci günündə isə 4 medala sahib çıxmışdılar.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "Prezident Kuboku"nda ölkəmizlə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparıb.

Избранный
50
azerbaijan-news.az

1Источники