RU

Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Paytaxtın Tbilisi prospektində qayda pozan piyadalar görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 30-da saat 08:54 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, bir qrup piyada yolu müəyyən olunmamış hissədən keçərək həm özləri, həm də hərəkətdə olan nəqliyyat vasitələri üçün riskli vəziyyət yaradıblar.

Kadrlarda diqqət çəkən məqamlardan biri isə piyadalardan birinin siqnal səslərinə belə məhəl qoymadan hərəkətini davam etdirməsi olub. Bu isə yolda hərəkət edən sürücülər üçün əlavə çaşqınlıq və qəfil manevr riski yaradır.

Qeyd edək ki, yolun nəzərdə tutulmayan hissəsindən keçmək, xüsusilə intensiv nəqliyyat axını olan prospektlərdə, qəza ehtimalını kəskin artırır.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
avtosfer.az

1Источники