2-3 may tarixlərində İçərişəhərin tarixi Qala meydanında Beynəlxalq Xalça Festivalı keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, Qarabağ Dirçəliş Fondu festivalın rəsmi tərəfdaşı qismində çıxış edərək tədbirdə xüsusi interaktiv guşə ilə təmsil olunacaq.
Guşədə yerləşdirilən xüsusi xalça dəzgahında toxucu qadın Qarabağ xalçası toxuyacaq və arzu edən şəxslər ilmə ataraq toxuma prosesində iştirak edə biləcək.
Bundan əlavə iştirakçılar “Qarabağın inciləri” interaktiv pazl oyununda iştirak edərək hədiyyələr qazana, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin Qarabağ xalçalarının bənzərsiz motivləri əsasında çəkəcəkləri rəsm əsərlərinin ərsəyə gəlmə prosesini müşahidə edə bilərlər.