RU

Müctəba Xameneyi: “Hörmüz boğazını qoruyacağıq”

“Nəcib İran əhalisi rejimin nüvə və raket texnologiyalarını milli sərvət kimi qoruyacaq”.

“Cebheinfo.az”-ın məlumatına görə, İranın ali lideri Ayətullah Müctəba Xameneyinin İran dövlət televiziyası ilə yayımlanan çıxışında belə deilir. 

Lakin çıxış teleaparıcı tərəfindən oxunub və Xameneyinin rəsmi “X” hesabında yerləşdirilib.

“İranlılar bu aktivləri dəniz, quru və hava sərhədlərini qoruduqları kimi qoruyacaqlar. Fars körfəzi və Hörmüz boğazı üçün yeni bir dövr başlanır. 

Bu gün təkcə beynəlxalq ictimai rəyə deyil, hətta ölkələrin rəhbərlərinə də sübut edilib ki, ABŞ-nin Fars körfəzindəki mövcudluğu və mövqeyi regiondakı qeyri-sabitliyin əsas mənbəyidir”, - deyə Müctəba Xameneyi bildirib.

İranmın ali lideri qeyd edib ki, Fars körfəzi bölgəsi ABŞ-nin iştirakı olmadan, millətlərin tərəqqisinin, rahatlığının və rifahının təmin olunduğu parlaq gələcəyə sahib olacaq.

Избранный
28
cebheinfo.az

1Источники