Fotoda: Müşfiq Ələsgərli Ekspertin sözlərinə görə, Vindhuk şəhərində keçirilən konfrans həm də jurnalistikanın missiyası, fəaliyyət istiqamətləri barədə fikirləri təsnifatlaşdırır: “Konfransın yekunu olaraq qəbul edilən sənədlərdə medianın dövlət və hakimiyyət qurumları üzərində ictimai nəzarət səlahiyyətinin olduğu vurğulanır. Beləliklə, dövlətlə media arasında qarşılıqlı öhdəliklər yaranır: media cəmiyyətin maraqlarını qorumalı, onun adından ictimai nəzarət funksiyasını yerinə yetirməlidir. Dövlət isə medianın fəaliyyəti üçün zəruri şərtləri təmin etməlidir”. Müşfiq Ələsgərli qeyd edir ki, jurnalistikanın və ümumilikdə peşəkar medianın başlıca missiyası cəmiyyətə dəqiq, etibarlı və obyektiv informasiya çatdırmaqdan ibarətdir: “Lakin media nəzəriyyələrində tez-tez belə bir sual müzakirə olunur: jurnalist doğru və təsdiqlənmiş hesab etdiyi bütün məlumatları auditoriyaya təqdim etməlidirmi? Bu sual təsadüfi deyil və jurnalistikanın peşəkar prinsipləri baxımından mühüm əhəmiyyət daşıyır. Çünki informasiya axını həddindən artıq genişdir və jurnalist, yaxud media qurumu bu çoxsaylı xəbərlər arasında ilkin seçim aparmağa məcburdur. Bu seçim prosesinin yekunu olaraq, yalnız ictimai əhəmiyyət daşıyan məlumatlar auditoriyaya təqdim edilir. Bəzi xəbərlər isə doğru və maraqlı olmasına baxmayaraq, onların yayılması ictimai maraq baxımından məqsədəuyğun hesab edilmir. Bu mənada əsas məsələ jurnalistin hansı meyarlara əsaslanaraq seçim etməsidir. Doğru olan, lakin yayılması cəmiyyət üçün fəsadlar törədən xəbərlərin müəyyənləşdirilməsi peşəkar jurnalistikanın ən vacib etik vəzifələrindən biridir”.Nəzəriyyələrdə qeyd olunur ki, jurnalist üçün əsas seçim meyarı məhz ictimai maraqdır. Bu kontekstdə vurğulanır ki, jurnalistin əsas vəzifəsi cəmiyyətin marağında olan informasiyaları ardıcıl şəkildə axtarmaq, onları müxtəlif mənbələrdən tapmaq, dəqiqlik baxımından emal etmək və sonda auditoriyaya çatdırmaqdır. Beləliklə, qısa şəkildə ifadə etsək, media nəzəriyyələrinin dayandığı başlıca prinsip ictimai maraq anlayışıdır. Yəni jurnalistin və ümumilikdə media subyektinin əsas missiyası cəmiyyət üçün əhəmiyyət daşıyan məlumatları müəyyənləşdirmək, onları yoxlamaq, dəqiqləşdirmək və peşəkar şəkildə ictimaiyyətə təqdim etməkdən ibarətdir”. Müşfiq Ələsgərli qeyd edib ki, dövlət və ictimai maraqların müdafiəsində əsas və həlledici meyar ictimai marağın tələbləri üzərində qurulmalıdır. Onun fikrincə, bu prinsip həm dövlət qurumları, həm də media orqanları arasında əməkdaşlığın təməlində dayanmalıdır və informasiya siyasəti məhz bu yanaşmaya əsaslanmalıdır: “Təəssüf ki, bəzən praktikada bunun tam əksi ilə rastlaşmaq olur. Bir sıra media subyektlərinin fəaliyyətində yalnız xəbərlərin seçimi deyil, ümumiyyətlə ictimai marağa uyğun informasiyaların düzgün filtrasiya edilərək auditoriyaya çatdırılması da yetərincə təmin olunmur. Əvəzində isə bəzi hallarda ictimai marağa zidd, dəqiqliyi şübhə doğuran, yaxud müxtəlif təsir və maraqlar naminə manipulyasiya edilmiş məlumatların yayılmasına üstünlük verilir. Bu cür yanaşma həm media nəzəriyyələrinin prinsiplərinə, həm mövcud qanunvericiliyə, həm də jurnalistlərin etik davranış kodeksinə açıq şəkildə zidd hesab olunur və peşəkar mediada qeyri-məqbul sayılır”. Aynur Abdınova / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub. - Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта