RU

Türkiyə hərbi xərclərini kəskin artırıb Qlobal “yarışda” 18 ci yerdədir

ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən açıqlanan yeni hesabata əsasən, Türkiyənin hərbi xərcləri 2025-ci ildə 7,2% artaraq 30 milyard dollara çatıb.

Yeniavaz.com xəbər verir ki, bu göstərici ölkəni hərbi xərclərə görə dünyada 18-ci sıraya yüksəldib.

Hesabata görə, bu məbləğ Türkiyənin ümumi daxili məhsulunun (ÜDM) 1,9%-ni təşkil edir. Son on ildə isə ölkənin hərbi büdcəsi ümumilikdə 94% artıb.

Türkiyədə hərbi xərclərin artımı əsasən daxili müdafiə sənayesinə yönəlmiş investisiyalarla bağlıdır. Xüsusi müdafiə fonduna ayrılan vəsait 25% artaraq ümumi hərbi büdcənin 22%-ni təşkil edib.

Ankara son 20 ildə bu sahəyə milyardlarla dollar sərmayə qoyaraq xarici silahlardan asılılığı azaltmağı və əsas ixracatçı ölkəyə çevrilməyi hədəfləyir. 2025-ci ildə Türkiyənin hərbi ixracı 48% artaraq 10 milyard dolları keçib və bu, ölkə üçün rekord göstəricidir. 2028-ci ilə qədər bu rəqəmin 11 milyard dollara çatdırılması planlaşdırılır.

SIPRI-nin məlumatına əsasən, dünya üzrə hərbi xərclər 2025-ci ildə 2,9% artaraq təxminən 2,9 trilyon dollara yüksəlib. Üç ölkə – ABŞ, Çin və Rusiya birlikdə 1,48 trilyon dollar xərcləyərək qlobal xərclərin 51%-nə sahib olublar.

Qeyd olunur ki, ABŞ hərbi büdcəsini 7,5% azaldıb ki, bu da əsasən Ukraynaya hərbi yardımın dayandırılması ilə əlaqələndirilir.

Avropa regionu hərbi xərclərin artımında lider olub. Region üzrə xərclər 14% artaraq 864 milyard dollara çatıb ki, bu da 1953-cü ildən bəri ən sürətli artım hesab olunur.

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avropadan olan 22 üzvü ÜDM-in 2%-ni müdafiə məsələlərinə yönəldərək ümumi hərbi xərclərini 559 milyard dollara çatdırıb. Ümumilikdə isə NATO-nun 32 üzvünün hərbi xərcləri 1,6 trilyon dollar olub və bu da qlobal xərclərin 55%-nə bərabərdir.

Digər regionlarda da hərbi xərclərdə artım müşahidə olunub. Asiya və Okeaniya 681 milyard dollar (8,5% artım), Afrika 58,2 milyard dollar (8,5% artım), Yaxın Şərq 218 milyard dollar (0,1% artım) vəsait xərcləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
43
50
yeniavaz.com

10Источники