RU

257 nömrəli məktəbdə kütləvi zəhərlənmə iddiaları ilə bağlıAÇIQLAMA

Sosial şəbəkələrdə Bakı şəhəri Xətai rayonu 257 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi ilə bağlı iddialar səsləndirilib.

Redaktor.az xəbər verir ki, məktəbdən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, mayın 1-də nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib.  

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.

Hazırda şagirdlərin vəziyyəti normaldır", – deyə açıqlamada qeyd olunub.

Избранный
44
1
redaktor.az

2Источники