RU

Strateji obyektlərə nəzarət mexanizmi təkmilləşdirilir BİRGƏ TƏLİM

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 1 may, AZƏRTAC

Cari ilin tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) Ucar Regional İdarəsində strateji obyektlərdə dövlət əmlakına qarşı cinayətkar qəsdlərin qarşısının alınması məqsədilə birgə praktiki təlim keçirilib.

Bu barədə AZƏRTAC-a SOMDA-dan məlumat verilib.

Bildirilib ki, təlimdə Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və “bp-Azərbaycan” əməliyyat şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimin məqsədi xidməti ərazidəki strateji obyektdə dövlət əmlakına qarşı cinayətkar qəsdlərin qarşısının alınması, potensial kriminal təhdidlərə qarşı hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, şəxsi heyətin praktiki vərdişlərinin artırılması və nəzarət mexanizminin təkmilləşdirilməsi olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
1
azertag.az

2Источники