RU

Akademik Tofiq Hacıyevin anadan olmasının 90 ci ildönümü münasibətilə sərgi təşkil edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Tofiq Hacıyevin anadan olmasının 90-ci ildönümü münasibətilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, iki həftə müddətində davam edəcək sərgidə ömrünü milli dilçiliyimizin və türkologiyanın inkişafına həsr etmiş fədakar ziyalının elmi-dilçilik məsələləri, türkologiya, tərcümə yaradıcılığı ictimaiyyətə təqdim olunur. Onların sırasında “Seçilmiş əsərləri” ikicildliyi, “Azərbaycan ədəbi dili tarixi (təşəkkül dövrü)”, “Füzuli dili”: dil sənətkarlığı”, “Türklər üçün ortaq ünsiyyət dili”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Azərbaycan ədəbi dili tarixi” (I, II hissə) və digərləri yer alıb.

Bundan əlavə, türklərin, o cümlədən onların dillərinin tarixindən bəhs edən 5 əsəri – Murad Adcının məşhur “Qıpçaq çölünün yovşanı” (1997), “Sabir: qaynaqlar və sələflər”, həmçinin orta məktəblər üçün “Azərbaycan dili” (IX siniflər üçün), “Azərbaycan dili” (X -XI siniflər üçün) dərslikləri nümayiş etdirilən nəşrlər sırasındadır.

Sərgidəki ədəbiyyatla kitabxananın saytındakı elektron kitabxana bölməsində onlayn şəkildə də tanış olmaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
2
azertag.az

3Источники