RU

“Facebook”, “Instagram” və “WhatsApp”ın istifadəçi sayı 20 milyon nəfər azalıb

“Meta”nın son maliyyə hesabatına görə, şirkətin gəlirləri 33 faiz artaraq 56,3 milyard dollara çatsa da, “Facebook”, “Instagram” və “WhatsApp”ın ümumi gündəlik aktiv istifadəçi sayı 20 milyon nəfər azalıb.

Şirkət bu azalmanı İrandakı internet məhdudiyyətləri və Rusiyada tətbiqlərə girişin məhdudlaşdırılması ilə izah edərək, 2026-cı il üçün süni intellekt investisiyalarını 10 milyard dollar artıraraq 125-145 milyard dollar aralığına yüksəldib. Bu xəbərlərin ardınca “Meta”nın səhmləri 7 faizdən çox dəyər itirib.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Избранный
16
azerbaijan-news.az

1Источники