Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Pravda.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb.
Qeyd edilib ki, polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb.
Araşdırmalar davam etdirilir.
Tarix: 1 May 2026, 18:44