RU

Şəhid kəşfiyyatçıya həsr edilən Zakirin essesi filmi təqdim olunub

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 1 may, AZƏRTAC

Nizami Kino Mərkəzində "Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun anadan olmasının 30 illiyinə həsr olunmuş "Zakirin essesi" filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Ali Hərbi Məktəbin kursantları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, belə tədbirlər dəstəklənməli, gələcək nəsillər Zakir kimi qəhrəmanların xatirəsini daim yaşatmalıdırlar.

Şəhid Zakir Cəfərovun anası Kəmalə Abdullayeva tədbirin təşkilinə görə hər kəsə təşəkkürünü bildirib.

Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov film barədə qısa məlumat verib.

Daha sonra tədbir bədii hissə ilə davam edib. Əməkdar artist Cabir Abdullayev "Şuşanın dağları" xalq mahnısını, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı isə "Cənab Leytenant" mahnısını ifa edib.

Sonda film təqdim olunub. 35 dəqiqəlik filmdə Zakir Cəfərovun uşaqlıq xatirələri, məktəb illəri, müəllimlərin, dostların müsahibələri yer alıb. Sənədli ekran işində şəhdin hərbi xidmətə böyük marağı, xarakteri, mərdliyi, Vətənə bağlılığı və arzuları barədə dostlarının xatirələri əsas yer tutur.

Qeyd edək ki, 2017-cil fevralın 24-dən 25-nə keçən gecə əsgər Zakir Cəfərovla birlikdə bir qrup kəşfiyyatçı Xocavənddə hərbi tapşırığı yerinə yetirib qayıdarkən düşmən pusqusuna düşüb. Son gülləyə kimi vuruşan kəşfiyyatçılar qəhrəmancasına şəhid olublar.

Müxbirlər - Nailə Həsənova, Nərgiz Abbaszadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
55
2
azertag.az

3Источники