RU

Kiməsə alçaq deməyin 1500 manat cəriməsi var Vəkil

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə və ictimai müzakirələrdə ən çox gündəmə gələn hüquqi məsələlərdən biri təhqir və nalayiq ifadələrin hüquqi nəticələridir. İnsanlar bəzən söz azadlığı ilə hüquqi məsuliyyət arasındakı sərhədi düzgün qiymətləndirmədikləri üçün bu cür ifadələr ciddi nəticələrə səbəb ola bilir. Xüsusilə internet mühitində yayılan fikirlər geniş auditoriyaya çatdığı üçün məsuliyyət məsələsi daha da aktuallaşır. Bu baxımdan təhqirin hüquqi mahiyyəti və onun hansı hallarda cinayət məsuliyyəti yaratdığı barədə aydın təsəvvürün olması vacibdir.Məsələ ilə bağlı vəkil Emil Aslanov Demokrat.az-a bildirib ki, burada təhqir anlayışından söhbət gedir və bu məsələ hüquqi baxımdan ayrıca qiymətləndirilir:"Nalayiq ifadələr işlədildikdə bu, daha çox inzibati məsuliyyət yarada bilər, lakin təhqir daha konkret məzmun daşıyır və şəxsin şərəf və ləyaqətinin qəsdən alçaldılması kimi qəbul olunur. Məsələn, “alçağın biridir” kimi ifadələr artıq təhqir hesab edilə bilər. Təhqirə görə məsuliyyət yalnız ümumi qaydada deyil, həm də məhkəməyə müraciət etməklə həyata keçirilir. Bu halda şəxs müvafiq qaydada şikayət ərizəsi verərək cinayət işi başlanmasını tələb edə bilər. Xüsusilə sosial şəbəkələrdə və ya açıq şəkildə yayılan materiallarda edilən təhqirlər bu çərçivəyə daxil ola bilər".Vəkil deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulur:"Əgər təhqir kütləvi çıxışlarda, mediada, internet informasiya resurslarında və ya kütləvi nümayiş olunan materiallarda törədilirsə, bu daha ağır qiymətləndirilir. Belə hallarda məhkəmə tərəfindən təqsirli bilinən şəxsə 1000 manatdan 1500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər",- deyə vəkil qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
demokrat.az

1Источники