İngiltərə nəhəngi "Mançester Yunayted" heyətindəki çatışmazlıqları aradan qaldırmaq üçün gənc oyunçulara üstünlük verir.
Fanat.Az xəbər verir ki, "Guardian" nəşrinin məlumatına görə, "qırmızı şeytanlar" "Vest Hem"in 21 yaşlı müdafiəçisi Əl-Haci Malik Diufu yaxından izləyir.
Seneqallı futbolçunun sol cinah müdafiəsində Lük Şou ilə rəqabət aparacağı gözlənilir. Klubun planına əsasən, Diuf əvvəlcə əvəzedici kimi başlayacaq və mövsüm irəlilədikcə əsas heyət oyunçusuna çevriləcək.
Gənc istedadın statistik göstəriciləri onun həm müdafiədə, həm də hücuma qoşulmaqda effektiv olduğunu göstərir.