RU

Qurban Qurbanov “Qarabağ”ı tərk edərsə, hansı kluba gedəcək? - VİDEO

Türkiyənin tanınmış fubol şərhçisi Ertem Şener «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovla bağlı sosial şəbəkədə ona ünvanlanan sualı cavablandırıb

. O bildirib ki, azərbaycanlı mütəxəssis Ağdam klubunu tərk edərsə, Türkiyəyə gəlməməlidir:

«Soruşurlar ki, Qurbanov «Fənərbağça»da uğurlu ola bilərmi? Məncə, Qurban hoca «Qarabağ»dan sonra Avropaya getməlidir.

«Atletiko»nu, «Borussiya Dotmund»u çalışdırmalıdır. «Milan»a, «İnter»ə getsin».

“Fənərbaxça" bugünlərdə baş məşqçi Domeniko Tedesko və idman direktoru Devin Özek ilə yollar ayırıb. Bu qərar Türkiyə Super Liqasının 31-ci turunda “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətdən sonra qəbul olunub.

Həmin nəticə ilə komanda çempionluq yarışında ciddi zərbə alıb.

Rəhbərlik həmçinin futbol koordinatoru Berke Çelebi ilə də vidalaşıb.

Mövsümün qalan üç oyununda komandanı köməkçi məşqçi Zeki Murat Göle meydana çıxaracaq.

40 yaşlı Tedesko 2025-ci ilin sentyabrında İstanbul klubunun baş məşqçisi təyin edilmişdi.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Избранный
57
sportinfo.az

1Источники