RU

“Birlikdə tarix yazdıq”

“Liverpul”un hücumçusu Məhəmməd Salah keçmiş komanda yoldaşı Stiven Cerrardla görüş zamanı keçmiş baş məşqçi Yurgen Kloppun video müraciətinə baxıb.

90deqiqe.Az xəbər verir ki, alman çalışdırıcı müraciətində bildirib:

“Səninlə işləmək mənim üçün həm zövq, həm də şərəf idi. Hər an asan olmadı (gülür), amma əksər vaxtlar çox xoş idi. Xatırlayırsan, birlikdə işə başlayanda demişdim ki, xüsusi bir tarix yaradaq və 10-15-20 ildən sonra geriyə baxanda gülümsəyək. İndi o günlərə baxanda mənim də üzüm gülür. Bu yolun bir hissəsi olduğum üçün çox şadam və minnətdaram. Gələcəkdə sənə ən yaxşılarını arzulayıram. Qarşıda hələ yaxşı illər var, vaxtından zövq al. Görüşərik, sağ ol!”

Qeyd edək ki, mövsümün sonunda Məhəmməd Salah “Liverpul”u tərk edəcək. O, klubda 9 il çıxış edib.

Yurgen Klopp 2015–2024-cü illərdə “Liverpul”a rəhbərlik edib. Hazırda isə o, “Red Bull” futbol sistemində çalışır.

Избранный
53
90deqiqe.az

1Источники