RU

Arvadını naqillə boğub öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA

Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin barəsindəki cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda prokuror Z.Quliyevin 18 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.

Müşavirədən sonra hökm elan edilib, təqsirləndirilən şəxs 17 il müddətinə həbs olunub.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.

Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib.

İlkin araşdırmalarla məlum olub ki, əvvəllər Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay öncə Bakıya gəlibmiş.

Onun həyat yoldaşı Aysel Qurbanovanı ailə münaqişəsi zəminində naqillə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ziyəddin Quliyev hadisədən sonra könüllü polisə təslim olub.

Təqsirləndirilənin mərhum həyat yoldaşı haqqındakı iddiaları məhkəmə istintaqı dövründə təsdiqini tapmayıb.

Onun barəsində Cinayət Məcəlləsinin (qəsdən adamöldurmə xüsusi amansizlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Избранный
54
hit.az

1Источники