RU

Ağ Ev ABŞ Konqresini İranla müharibənin başa çatmsı barədə məlumatlandırıb

Tramp administrasiyası hərbi əməliyyatların dayandırıldığını rəsmən bəyan edib...

ABŞ administrasiyası İranla aparılan hərbi əməliyyatların artıq başa çatdığını rəsmən elan edib və bununla bağlı Konqresə rəsmi bildiriş göndərib.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi ABŞ Prezidenti Donald Trampın bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, Ağ Ev tərəfindən Konqresə ünvanlanan rəsmi məktubda qeyd olunub ki, 28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar dayandırılıb və münaqişə “tamamlanmış” hesab edilir. Sənəd ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson və Senatın müvəqqəti sədri Çak Qrasslina ünvanlanıb.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə əsasən, prezident hərbi əməliyyatların başlanmasından sonra müəyyən müddət ərzində Konqresdən rəsmi icazə almalıdır. İranla bağlı vəziyyətdə isə bu müddət 1 may 2026-cı il tarixində başa çatıb. Tramp administrasiyası məhz bu tarix ərəfəsində göndərdiyi bildirişlə əməliyyatların artıq yekunlaşdığını vurğulayaraq, əlavə sanksiyaya və ya hərbi mandatın uzadılmasına ehtiyac qalmadığını göstərib.

Analitiklər hesab edir ki, bu addım həm daxili siyasi təzyiqlərlə bağlıdır, həm də regionda eskalasiyanın qarşısını almağa yönəlmiş diplomatik jest kimi qiymətləndirilə bilər. Bununla yanaşı, bəzi ekspertlər qeyd edir ki, “müharibənin başa çatması” ifadəsi hüquqi və siyasi baxımdan fərqli şəkildə şərh oluna bilər və bölgədə gərginliyin tam aradan qalxdığını demək üçün hələ tezdir.

Hazırda rəsmi Vaşinqtondan əlavə təfərrüatlar açıqlanmasa da, gözləntilər ondan ibarətdir ki, yaxın günlərdə ABŞ administrasiyası bu qərarın arxa planı və nəticələri ilə bağlı daha geniş məlumat verəcək.

Poliqon.info

Избранный
21
1
poliqon.info

2Источники