RU

Aygün Kazımovadan üzücü xəbər – Səhhəti pisləşdi və…

Azərbaycanın Xalq artisti, pop-diva Aygün Kazımovanın səhhətində qəfil problem yaranıb. Sənətçi sağlamlıq vəziyyətinin pisləşməsi səbəbindən planlaşdırılan yaradıcılıq görüşlərini təxirə salmaq məcburiyyətində qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xalq artisti özünün rəsmi “Instagram” səhifəsində izləyicilərinə məlumat verib. O, pərəstişkarlarına müraciət edərək bu sözləri qeyd edib: “Sağlamlığımda yaranan problemlərdən dolayı sizin görüşünüzə gələ bilmirəm. İnşallah, yaxın zamanda planlaşdırılan konsertimizi həyata keçirəcəyik”.

Hazırda sənətçinin pərəstişkarları sosial şəbəkələrdə ona şəfa diləklərini çatdırırlar. Konsertin yeni tarixi və müğənninin son durumu barədə hələlik əlavə məlumat verilməyib.

Sara,
NOCOMMENT.az

Избранный
61
nocomment.az

1Источники