RU

Milyarderlər Mamdaniyə qarşı birləşdilər

Nyu-Yorkun ən varlı sakinləri yeni daşınmaz əmlak vergisi təşəbbüsündən sonra şəhərin meri Zohran Mamdaniyə qarşı çıxıblar.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi bildirib. Məlumata görə, aprel ayında Nyu-York ştatının qubernatoru Keti Hokul və şəhərin meri Zohran Mamdani dəyəri 5 milyon dollardan yuxarı olan ikinci mənzillərə yeni vergi tətbiq etməyi təklif ediblər.

Təşəbbüs elit daşınmaz əmlakın super varlı sahiblərinə yönəlib. Tədbirin məqsədi şəhər büdcəsini artırmaq və sosial bərabərsizliklə mübarizə aparmaqdır. Bu ideya ştatın ən varlı şəxslərinin və ABŞ Prezidenti Donald Trampın tənqidinə məruz qalıb.

Nyu-Yorkda ikinci mənzillərə vergi tətbiqini elan edən Mamdaninin mətbuata açıqlamasında Midtaundakı 238 milyon dollar dəyərində olan penthaus qeyd olunub. Həmin penthausu əvvəlcə Ken Qriffitin aldığı bildirilsə də, sonradan məlum olub ki, daşınmaz əmlakı "Citadel LLC"nin təsisçisi Ken Qriffin əldə edib və merin açıqlamasında səhvə yol verilib. Bir müddət sonra Nyu-York meri həmin penthausun qarşısında video çəkərək alıcını adı ilə çağırıb.

Избранный
34
2
publika.az

3Источники